2024-cü ildə Avropadakı NATO ölkələri və Kanada müdafiəyə 485 milyard dollar sərmayə qoyub.
“Report” xəbər verir ki, bu barədə Alyansın Baş katibi Mark Rutte danışıb.
O bildirib ki, bu göstərici 2023-cü illə müqayisədə 20 faizlik artım deməkdir.
Baş katib 2025-ci ildə bütün NATO ölkələrinin bu istiqamətdə daha çox sərmayə qoymasını gözlədiyini də vurğulayıb:
"Ədalətli yük bölgüsünü təmin etmək üçün əlavə sərmayə qoyulması vacibdir".