"Qarabağ"dan ayrılan Riçard Almeyda sosial şəbəkə hesabında vida paylaşımı edib.
Fanat.Az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinə hər şeyə görə təşəkkürünü bildirib:
"Komandanın rəhbərliyi, işçiləri və bütün texniki heyət üçün darıxacam. Uca tanrı məni "Qarabağ"a gətirməklə şərəfləndirdi. Bu komanda ilə kuboklar, medallar və bir sıra başqa uğurlar qazandım, arzularım həyata keçdi. "Qarabağ"a daha da böyüməyi arzu edirəm. Hər şey üçün sonsuz təşəkkürlər".
2012-2018, 2019 və 2021-2025-ci illərdə "Qarabağ"da çıxış edən oyunçu 376 matçda 64 qol vurub. Riçard Almeyda Premyer Liqada 254 (51 qol), ölkə kubokunda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə komandanın formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan Kubokunun qalibi adını qazanıb.
Yarımmüdafiəçi 2017-2023-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.