20 yaşadək güləşçilər arasında Azərbaycan çemponatı ekvatora çatıb.
Offsideplus.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda sərbəst güləş üzrə bütün qaliblər müəyyənləşib.
Bu gün 61, 70, 79, 92 və 125 kq çəki dərəcələrində əsasən "Neftçi" klubunun təmsilçiləri fərqləniblər. Bu klubun üzvləri 4 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar. Yarışın ilk günündə də "Neftçi"nin güləşçiləri hamıdan çox medal əldə etmişdilər. Növbəti iki gündə yunan-Roma növü üzrə yarışlar keçiriləcək.
61 kq
1. Bəşir Verdiyev (Gəncə, “Neftçi”)
2. Elman Məmmədov (Zenit)
3. Fərhad Hacıyev (Abşeron), Zamin Məmmədov (Neftçi)
70 kq
1. İsmayıl Rəhimli (Neftçi)
2. Adəm Bağırov (Zenit)
3. Nurlan Ağazadə (Neftçi), İbrahim Musayev (Pəhləvan)
79 kq
1. Muradxan Omarov (Şamaxı)
2. Rusif İspərov (Lənkəran)
3. Vüsal Əliyev (Neftçi), Tural Niftiyev (Qəbələ)
92 kq
1. Anar Cəfərli (Neftçi)
2. Şəmistan Axundov (Neftçi)
3. Xəyal Əsgərov (Neftçi), Fərhad Süleymanlı (Təhsil)
125 kq
1. Yusif Dursunov (Neftçi)
2. Muxamad Qantemirov (AGF)
3. İsmayıl Kərimov (Zaqatala)