AZ

“Google” “Android 16”nın elan tarixini açıqladı


Amerikanın “Google” korporasiyası may ayında “Android 16” əməliyyat sistemini (ƏS) təqdim edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilir.
“Google” bildirib ki, növbəti “Google I/O developer” konfransı mayın 20 və 21-nə planlaşdırılıb. İllik tədbirdə korporasiya adətən “Android”in yeni versiyasını elan edir - bunun bu il də baş verəcəyi gözlənilir. Konfransın açılış təqdimatı onlayn yayımlanacaq.
Korporasiya yeni konfransın təfərrüatlarını açıqlamayıb. Bununla belə, “The Verge”nin jurnalistləri hesab edirlər ki, şirkət “Android 16”dan əlavə, smartfonlarda yeni süni intellekt (AI) funksiyalarını adlandıra, yenilənmiş “Google” axtarışının imkanları haqqında danışa və bəzi qadcetləri nümayiş etdirə bilər.
Seçilən
28
yeniavaz.com

1Mənbələr