AZ

Kanar adalarında sərnişin təyyarəsi eniş edərkən mühərriki sıradan çıxıb

Bakı. Trend:

Kanar adalarına aid “Binter” hava yolları şirkətinin sərnişintəyyarəsi Las-Palmas- Qran-Kanariya (İspaniya) hava reysi iləuçarkən qəzalı vəziyyətə düşüb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, ATR72 sərnişin layneri eniş etməyəhazırlaşan zaman ekipaj “Mayday” həyəcan siqnalı göndərib.

Pilotlar mühərriklərdən birinin sıradan çıxdığını dispetçerqülləsinə bildiriblər. Nasazlığın meydana gəlməsinə baxmayaraq,pilotlar təyyarəni təhlükəsiz şəkildə təyinat aeroportundaendirməyə nail olublar.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Məqalədə:
Seçilən
11
az.trend.az

1Mənbələr