AZ

Sabiq nazir: “Bu məsələlər son dərəcə çətin və mürəkkəbdir”

Sabiq

“Tramp Amerikası ilə Putin Rusiyasının münasibətlərinin necə qurulacağı maraqla gözlənilir. Hazırda ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibəni bitirmək istəyir. Bu məqsədlə açıq şəkildə təhdidlər də səsləndirir. Xüsusilə, Rusiyanın müharibəni dayandırmayacağı təqdirdə sanksiyalara əl atacağını deyir. Bu, Rusiyaya ciddi təzyiqdir və onun masaya oturmasını təmin etməyə yönəlib”.

Bunu sözləri Reyting.az-a Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ-Rusiya münasibətlərinin perspektivindən danışarkən deyib.

Sabiq nazir Rusiya ilə Ukrayna arasında etibarlı sülh müqaviləsi gözləməsə də, müvəqqəti atəşkəsə dair razılaşmanı istisna etmir: “Aydındır ki, razılaşmada Ukraynanın istədiyi baş verməyəcək. Bəs Rusiyanın istədikləri razılaşmada nə dərəcədə öz əksini tapacaq? Bunu dəqiq demək olmaz. Rusiyanın istədiklərinin nə qədərinin razılaşmada olacağı sual altındadır. Digər tərəfdən, müvəqqəti razılaşmadan sonra prezident Vladimir Putin Rusiya cəmiyyətinə nə deyəcək? Sözsüz ki, onun özü də daxildən ehtiyat edir. Bu halda daxildən səslər gələcək ki, Putinin dövrü bitir, sanksiyalardan xilas olmalıyıq və s. Yəni bu proseslərin hər biri təhlükəldir”.

Zülfüqrov əlavə edib ki, bu prosesdə Çinin də mövqeyi nəzərə alınmalıdır. Onun sözlərinə görə, Pekin əmindir ki, Rusiya ilə əlaqələri və problemləri yoluna qoyan ABŞ daha sonra üzünü Çinə çevirəcək, ağırlığını bu regiona salacaq: “Bu səbəbdən də Çin şübhəsiz ki, Rusiyaya dəstək verəcək. Odur ki, bu məsələlər son dərəcə çətin və mürəkkəbdir. Ancaq əlbəttə ki, sülhün alternativi də yoxdur”.

Y. QACAR
Seçilən
5
reyting.az

1Mənbələr