AZ

ABŞ Mark Fogelin əvəzində rusiyalı Aleksandr Vinniki azad edəcək


ABŞ səlahiyyətliləri tərəfindən çirkli pulların yuyulmasında ittiham olunaraq həbs edilən rusiyalı Aleksandr Vinnik Rusiya ilə ABŞ arasında mübadilə çərçivəsində sərbəst buraxılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Donald Tramp administrasiyasının nümayəndəsinə istinadən “The New York Times” məlumat yayıb.
Jurnalistlərin həmsöhbəti Vinnikin vətənə nə vaxt dönəcəyini dəqiqləşdirməyib.
Qeyd edək ki, ötən gün mübadilə çərçivəsində Rusiyada narkotik qaçaqmalçılığına görə 14 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən müəllim Mark Fogel Rusiya həbsxanasından buraxılaraq ABŞ-yə qayıdıb.
Fevralın 12-də keçirilən brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib ki, Moskva və Vaşinqton yeni məhbus mübadiləsi aparır, onun çərçivəsində amerikalı Mark Fogel artıq azad edilib və Amerika həbsxanasında olan Rusiya vətəndaşı “yaxın günlərdə” Rusiyaya qayıdacaq. O, ABŞ səlahiyyətliləri tərəfindən azad edilən rusiyalının adını açıqlamayıb.
Seçilən
36
yeniavaz.com

1Mənbələr