"Arsenal"ın hücumçusu Kay Havertz zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.
90deqiqe.Az-ın məlumatına görə, futbolçu "topçular"ın Dubaydakı məşq prosesi zamanı zədələnib. Almaniyalının əməliyyata ehtiyac olub-olmayacağının hələlik məlum deyil
Qeyd edək ki, “Arsenal”da bir dənə də “təmiz” mərkəz hücumçusu qalmayıb. Havertz bu mövsüm bütün yarışlarda 34 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib.