“Beşiktaş” klubu portuqaliyalı yarımmüdafiəçi Gedson Fernandesin gələcəyi ilə bağlı qərarını verib.
Offsideplus.az xəbər verir ki, klub prezidenti Serdal Adalı futbolçunun komandada qalmasını istədiklərini və müqaviləsini uzatmaq üçün danışıqlara başladığını açıqlayıb.
Serdal Adalı Gedson Fernandesin satılmayacağını və əksinə, onun transfer hüquqlarının tamamilə alınması üçün “Benfika” ilə danışıqların davam etdiyini bildirib. Hazırda futbolçunun transferinin 50 faizlik hissəsi “Benfika” klubuna məxsusdur.
Qeyd edək ki, Gedson Fernandes 2022-ci ildə “Beşiktaş”a transfer olunub və klubla 4+1 illik müqavilə imzalayıb. İstanbul təmsilçisi bu keçid üçün “Benfika”ya 6 milyon avro ödəyib.