AZ

"Mançester Siti" "Real"la matçda çox sadəlövh oynadı"

İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Real Madrid”ə qarşı keçirilən ilk matçda “Mançester Siti”nin məğlubiyyətindən danışıb.

90deqiqe.Az xəbər verir ki, "Sport Bible" sabiq futbolçunun dediklərini belə çatdırıb. 

"Mançester Siti" “Real”a qarşı çox sadəlövh oynadı, xüsusən də matçın sonuna doğru."Şəhərlilər” futbolçuları sadəcə olaraq bir-birlərinə baxdılar və öz güclərinə inanmadılar.Düşünürəm ki, bu, Pep Qvardiolanı çox narahat edir".

Xatırladaq ki, “şəhərlilər” doğma meydanda “Real Madrid”ə 2:3 hesabı ilə uduzub. “Mançester Siti” sonda iki qol buraxıb. “Real Madrid” və “Siti” arasında cavab oyunu fevralın 19-da Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

Seçilən
4
90deqiqe.az

1Mənbələr