Rəsmi səfər çərçivəsində İndoneziyanın paytaxtı Cakartaya gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanə müşayiət edən Əminə Ərdoğan, Yunus Əmrə İnstitutunu (YEE) ziyarət edib.
Redaktor.az xəbər verir ki, Əminə Ərdoğanı institutda YEE-nin rəhbəri Prof. Dr. Abdurrahman Aliy, YEE İndoneziya müdiri Cemal Şahin və əllərində Türkiyə və İndoneziya bayraqları tutan çox sayda tələbə qarşılayıb.
Tələbələrlə yaxından maraqlanan Əminə Ərdoğan, institutu gəzərək görülən işlər barədə məlumat alıb. Daha sonra 1567-1920-ci illər arasında Osmanlı-İndoneziya münasibətlərini əks etdirən Arxiv Sənədləri Sərgisini ziyarət edib.
Kənan YUSİF