“Zirə”nin müdafiəçisi Stefan Aka apasport.az saytına müsahibə verib.
- “Zirə” “Neftçi” ilə oyunda məğlub oldu. Matçın son dəqiqələri dramatik keçdi. Səncə, niyə birdən-birə bu qədər dramatik oldu?
- Düzünü desəm, bilmirəm. Bəli, oyun dramatik alındı. Ancaq fikrimcə, “Neftçi” ilə görüşdə bəxtimiz gətirmədi. Şanssızlıq yaşadıq.
- Komanda qol vurduqdan sonra niyə bərabərliyi qoruya bilmədi?
- Bayaq dediyim kimi, bu görüşdə bəxtimiz gətirmədi. Futbolda baş verə biləcək hadisələrdir. Amma bu da növbəti görüşlərimiz üçün bizə dərs olacaq.
- Səncə, matçın ədalətli nəticəsi 1:2 idi?
- Düşünürəm ki, bərabər səviyyədə keçən oyun idi. Hər halda, 1:1 daha yaxşı olardı. Oyunun necə keçdiyini düşünəndə bu fikrə gəlmək olar. Qarşıdakı matça köklənmişik.
- “Zirə” bu mövsüm ikinci dəfədir ki, “Neftçi”yə uduzur. Bunu nə ilə əlaqələndirirsiniz? “Neftçi”nin vəziyyəti yaxşı deyil. Amma siz onlara uduzursunuz...
- “Neftçi” yaxşı vəziyyətdə olmaya bilər, amma onların yaxşı oyunçuları var. Hər iki görüşdə də biz yaxşı oynamışdıq. Daha da çoxuna layiq idik. Amma təəssüf ki, belə nəticələr oldu.
- “Zirə” hazırda üçüncü yerdədir. “Araz-Naxçıvan” isə xal itirib. Onlarla xal fərqini azalda bilərdiniz. Yaxşı fürsət idi. Düzdür?
- Bəli, dediyiniz kimi, bu yaxşı fürsət idi. Ancaq hələ çox oyun var. Biz hədəfimizə çatmaq üçün əlimizdən gələni edəcəyik. Ümidvaram və inanıram ki, bunu reallaşdıra biləcəyik.
- Növbəti turda “Zirə” “Sumqayıt”la qarşılaşacaq. Bu matç haqqında nə düşünürsən? “Sumqayıt”ı səfərdə məğlub edə biləcəksiniz?
- Maraqlı oyun olacaq. Biz üç xalı əldə etmək üçün əlimizdən gələni edəcəyik. Artıq həmin oyuna hazırlaşırıq. Ümidvaram ki, istədiyimiz kimi alınacaq.
- Bu mövsüm həm kubok, həm də Premyer Liqa daxil olmaqla, ötən mövsümdən daha çətin keçir. Razısan?
- Bəli, mən də belə düşünürəm.
Millimiz qələbə qazandı
Millimizin heyətində dəyişiklik edilib
“Kəpəz”in futbolçuları üçün seminar keçirilib
AFFA “Neftçi”, “Zirə”, “Səbail” və “Kəpəz”i cərimələdi
“Neftçi”nin baş məşqçisini vuran mütəxəssisin cəzası Bəlli oldu