AZ

Dostluğa, əməkdaşlığa əsaslanan siyasətimiz beynəlxalq arenada dəstəklənir

Bu ilin 20-24 yanvar tarixlərində İsveçrənin Davos şəhərində keçirilən 55-ci Dünya İqtisadi Forumu mühüm məqamlarla yadda qaldı. Forumun ilk günündə Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verdi. Fevralın 11-də televiziya kanalında yayımlanan müsahibə Azərbaycanın daxili və xarici siyasət uğurlarının fonunda hazırda çoxqütblü dünyada ölkəmizin yerinə və roluna işıq saldı. 

Yenisabah.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olması xarici siyasət uğurlarımızda özünün aydın ifadəsini tapır. Məlumdur ki, hər bir ölkənin tanıtımında, beynəlxalq münasibətlər sistemində yerinin və rolunun möhkəmlənməsində inkişaf modeli əhəmiyyətli rol oynayır. 

Vüqar Rəhimzadə onu da əlavə edib ki, sözügedən müsahibədə ölkəmizə beynəlxalq baxışın yüksək səviyyədə olduğunu təsdiqləyən fikirlər hər birimiz üçün qürurvericidir. 

Milli Məclisin deputatı Azərbaycanın uğurlarını şərtləndirən amillər sırasında hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsini qeyd edib. Bildirib ki, dövr dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın müxtəlif mühitlərdə özünü rahat hiss etməsinin əsas amillərindən biri ondan ibarətdir ki, üzərimizə düşənlərlə əlaqədar artıq xeyli iş görmüşük. 

Dövlətimizin başçısı İlham Əliyev sözügedən müsahibəsində Çinlə olan strateji tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, Avropa İttifaqının 10 üzvü ilə  imzalanan strateji tərəfdaşlıq Bəyannaməsinə də diqqəti yönəltdi. Vurğulandı ki, Türkiyə, Özbəkistan ilə müttəfiqlik Bəyannaməsi imzalanıb. Şaxələnmiş xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır. Hər bir sahədə  əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi, Azərbaycanın da  xarici siyasəti daxili siyasətimizin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.

Millət vəkili bildirib ki, dövlətimizin başçısının sözügedən müsahibəsi bir daha Azərbaycanın mövqeyinin təqdimatı oldu. Prezident İlham Əliyev vurğuladı ki, mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. 


Telegram kanalımız
Seçilən
36
yenisabah.az

1Mənbələr