İndiyə qədər 5000-ə yaxın müəllim sertifikasiya imtahanından keçə bilməyib. Onların işinə xitam verilib.
Xezerxeber.az-ın xəbərinə görə, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Agentlıyın direktoru bildirib ki, bu il kimya, biologiya, fizika, informatika və coğrafiya fənnləri üzrə sertifikasiyaya 22 min müəllim cəlb olunacaq.
Agentliyin direktoru birinci siniflərə qəbulla bağlı yenilik olacağını bildirib. O, övladı bu il birinci sinfə gedəcək valideynlərə də müraciət edib.
Agentlik direktoru 20 min uşağın icma əsaslı məktəbəqədər təhsil layihəsinə cəlb edildiyini vurğulayıb. O bildirib ki, ucqar regionlarda alternativ modellərin tətbiqi davam edir. Bir neçə regionda artıq tərbiyəçi-müəllimlər evlərində məktəbəqədər yaşlı uşaqları məşğələlərə cəlb edib. Bu işlər ailə tipli məktəbəqədər təlim qrupları çərçivəsində həyata keçirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.