AZ

Tramp və Putin arasında telefon danışığı baş tutub

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. Bu barədə Reuters xəbər verir.

Ağ Ev rəhbərinin sözlərinə görə, Rusiya lideri ilə söhbət “çox məhsuldar olub”.

“Biz bir-birimizin ölkələrinə səfərlər də daxil olmaqla, çox yaxından işləmək barədə razılığa gəldik. Həmçinin razılaşdıq ki, müvafiq komandalarımız dərhal [Rusiya-Ukrayna müharibəsini həll etmək üçün] danışıqlara başlayacaq. Biz Ukrayna prezidenti Zelenskiyə zəng edərək baş verən söhbət barədə məlumat verəcəyik”, Tramp fevralın 12-də “Truth Social-da yazıb.

Siyasətçilərin müzakirə etdiyi mövzular arasında həmçinin Yaxın Şərqdəki vəziyyət, enerji sektorundakı problemlər və bir sıra digər mövzular olub.

Bundan əlavə, Tramp və Putin Rusiya və ABŞ arasında ikitərəfli münasibətləri müzakirə edib və şəxsi görüşün təşkili barədə razılığa gəliblər.

Seçilən
29
13
buta.media

10Mənbələr