Ruhən, mənəvi yorğunluq, əsəb gərginliyi zamanı bəzi içkilər size sakitləşdirəbilər.
“Medicina” xəbər verirki, diyetoloq Daria Rusakovahansı içkilərin sakitləşmək üçün təsirli ola biləcəyini açıqlayıb.
“Sakitləşmək üçün kofeinsiz içkilər, məsələn, çobanyastığı, nanə, lavanda ilə bitki çayları, eləcə də apteklərdən əldə edilə bilən bitki mənşəli içkilər içməyi məsləhətdir.
Əgər bir insan isteriya keçirirsə, bir stəkan soyuq su ona kömək edəcək.
Bir tərəfdən, bu, psixoloji səviyyədə bir hərəkətdir ki, insanı narahat edən amildən yayındırmağa imkan verir.
Digər tərəfdən, həzm sisteminin damar şəbəkəsi olduğundan və həm soyuq, həm də isti içkilər içərkən, damarların reaksiyası olduğu üçün bu, qan axınının paylanmasına kömək edəcək”.
Aygün Musayeva