AZ

Saçların ağarmasını artıq ləngitmək MÜMKÜNDÜR - Bunun üçün…

Yaş irəlilədikcə fiziki görünüşümüzdə ilk dəyişən saçlarımızın rəngi olur. Ağaran saç telləri insanın yaşını tez büruzə verməyə yardımçı olur. 

Bizim.Media xəbər verir ki, yaponiyalı alimlər saçların ağarması prosesini yavaşlatmanın yollarını açıqlayıblar. 

Bir qrup yaponiyalı alim “Antioksidantlar” nəşrində bunun möcüzəvi müalicəsini laboratoriyada yaratmadıqlarını bildiriblər. Onlar iddia ediblər ki, saçların ağarma prosesini yavaşlatmağın yolu elə təbiətin özündə mövcuddur. 

Bu isə tərəvəzlərdə, xüsusən də kərəviz, brokoli, yerkökü, soğan və bolqar bibərində bol olan antioksidant luteolin maddəsi vasitəsilə mümkündür. 

Alimlər öz kəşflərini tükləri erkən ağarmağa meyilli siçanlar üzərində təcrübə apararaq ediblər. Məlum olub ki, qida rasionunda luteolin olan gəmiricilər öz təbii qara kürk rənglərini saxlayır, onu qəbul etməyənlər isə tez boz rəngə boyanırlar.

Alimlər luteolinin təsir mexanizmini də müəyyən ediblər. Məlum olub ki, saçların ağarmasının əsas səbəbi saç rəngini verən piqment melanin istehsal edən hüceyrələrin fəaliyyətinin azalmasıdır. Luteolin bu fəaliyyəti saxlamaq qabiliyyətinə malikdir. Orqanizmdə bu hüceyrələrin yetərli midqarda olması, tellərdə ağarma prosesini ləngidən melanin istehsalını gücləndirir.
 

İndiyə qədər yalnız siçanlar üzərində təcrübələr aparılıb, lakin məlum olduğu kimi, onların bədəni insan orqanizminə çox bənzəyir. Alimlər qeyd edirlər ki, luteolin təkcə daxildəki proseslərlə deyil, həm də xaricdən qəbul edildikdə təsir göstərir.


Təcrübənin müəllifləri tədqiqatı davam etdirmək niyyətindədirlər. Onlar hesab edirlər ki, bu nəticələri artıq qidalanma tövsiyələrində və saç rəngini qorumaq üçün kosmetik və tibbi məhsulların hazırlanmasında istifadə edə bilərlər.

Bizim.Media

Seçilən
10
bizim.media

1Mənbələr