Millimizin baş məşqçisi Fernando Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb.
"Football-plus.az" xəbər verir ki, o, "Əfsanə" mükafatına layiq görülüb. Portuqaliyalı məşqçiyə mükafatı Yunanıstan millisinin sabiq futbolçusu Demis Nikolaidis təqdim edib.
Qeyd edək ki, Santuş 2010-14-cü illərdə Yunanıstan yığmasını çalışdırıb. Milli komanda onun rəhbərliyi altında DÇ-2014-ə vəsiqə qazanıb. Mütəxəssis sözügedən ölkənin AEK, "Panatinaikos" və PAOK klublarını da çalışdırıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta