ABŞ prezidenti Tramp ilə Rusiya prezidenti Putin arasında fevralın 12-də səhər saatlarında telefon danışığı olub.
ABŞ prezidentinin sözlərinə görə, söhbət “uzun və çox məhsuldar” olub.
Tramp Putinlə söhbətində Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılmasının tərəfdarı olduğunu deyib. Putin ABŞ prezidenti ilə razılaşıb ki, danışıqlar yolu ilə uzunmüddətli sülh nizamlanmasına nail olmaq olar
Putinlə danışdıqdan sonra Tramp Zelenskiyə zəng etmək niyyətindədir.
Tramp Truth Social-da Putinlə söhbəti haqqında yazıb: “Biz çox yaxından işləmək, o cümlədən bir-birimizin ölkələrinə səfər etmək barədə razılığa gəldik. Biz həmçinin razılaşdıq ki, müvafiq komandalarımız dərhal Ukraynada sülh nizamlanması üzrə danışıqlara başlasınlar. Baş verən söhbət barədə Ukrayna prezidenti Zelenskiyə zəng edərək məlumat verəcəyik, mən bunu indi edəcəm.”
Tramp deyib ki, o, dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Maykl Vals, xüsusi elçi Stiv Vitkoff və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliffdən “müvəffəqiyyətli olacağına inandığı danışıqlara rəhbərlik etməyi” xahiş edib.