Kimisinin evi kollektorun üzərində, kimisi elektrik dirəyinin altındadır... Üfunət qoxusundən nə məhəlləyə girmək olur, nə də evlərə... Kanalizasiya kollektorunun daşması nəticəsində məhəllədəki əksər evlər qəzalı vəziyyətdədir...
Xezerxeber.az-ın xəbərinə görə, görüntülər Xətai rayonu Zeytun küçəsi 118 c ünvanındandır.
Günəşli qəsəbə sakinləri iddia edir ki, yaşadıqları evləri bəziləri alqı -satqı yolu ilə əldə edib, bəziləri torpaq alaraq inşa ediblər. Məhəllədə bir mərtəbəli ev demək olar ki, yoxdur.
Elmar Hümbətov təkcə onun yaşadığı mənzildə deyil, qonşuların da evlərində və həyətlərində eyni durumun yaşandığını deyir. Bununla bağlı artıq aidiyyəti qurumlara da müraciət ediblər.
Sakinlər ərazidəki əksər evlərdə çıxarış olduğunu da deyir.
İri Şəhərlərin Birləşmir Su Təhcizatı Xidmətindən sorğumuza cavab olaraq bildirldi ki, Xətai rayon Zeytun savxozu küçəsində diametri 1000 mm olan kanalizasiya kollektoru zədələnib.
Fərdi yaşayış evləri kollektorun müafizə zonasında inşa olduğu üçün kollektoru təmir etmək mümkün deyil. Müəyyən şərait yaradıldıqda təmir işləri aparılacaq. Xətai rayon İcra Hakimiyyətindən isə bildirldi ki, məsələ araşdırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.