![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/12/1/c18e5f83-c468-4427-8760-fea858fc25af/tesla.jpg)
Amerikanın elektrik avtomobil istehsalçısı “Tesla”nın səhmləri NASDAQ birjasında 6,34% ucuzlaşaraq 328,5 dollar olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNBC saytında məlumat dərc edilib.
“Tesla”nın əsas çinli rəqibi olan elektrik avtomobil istehsalçısı BYD-nin “DeepSeek”in süni intellekti ilə işləməyə başlaması xəbəri yayıldıqdan sonra şirkətin səhmləri ucuzlaşıb.
BYD bu süni intellektdən istifadə edərək öz elektrik avtomobillərini avtomatik parkinq və magistral yolda naviqasiya funksiyaları ilə təchiz etməyə hazırlaşır.