AZ

Afrikada çat böyüyüb, qitə ikiyə bölünür: Mütəxəssislər xəbərdarlıq edir

Dünyamız daim inkişaf edir...

Dünyanın ikinci ən böyük qitəsi olan Afrika hazırda iki ayrı qitəyə parçalanma ərəfəsindədir.

İKİ AYRI QİTƏYƏ BÖLÜNƏCƏK

2005-ci ildə Efiopiya səhrasında yaranan 56 kilometr uzunluğundakı çat hər il təxminən 2 santimetr böyüyür.

Santa Barbara Kaliforniya Universitetinin alimlərinin rəhbərlik etdiyi yeni araşdırma, bölünmənin gözləniləndən daha tez baş verə biləcəyi barədə xəbərdarlıq edir.

“TORPAQLARINI SULARIN ALTINDA QOYACAQ”

Professor Ken MakDonald Şərqi Afrikanın nə vaxt Efiopiya yarığından qoparaq Somali və Nubiya plitələrinə daxil ola biləcəyi ilə bağlı proqnoz verib.

"Ola biləcək şey, Hind okeanının suları daxil olub indiki Şərqi Afrika Rift Vadisini su altına almasıdır",- deyə o, qeyd edib.

YENİ BİR OKEAN OLACAQ

Elm adamları yeni bir okeanın meydana gəlməsinin ehtimal ki, yaxın bir-beş milyon il ərzində baş verə biləcəyini proqnozlaşdırdılar ki, bu da ilkin proqnozlaşdırılan sürətdən iki dəfə çoxdur.

Yeni okeanın dərinliklərinin Atlantik okeanına bənzəyəcəyi gözlənilir.

Professor MacDonald, "İnsan həyatı boyu miqyasda çox dəyişiklik görməyəcəksiniz. Zəlzələləri hiss edəcəksiniz, vulkanların püskürdüyünü görəcəksiz, ancaq okeanın bizim ömrümüzə müdaxilə etdiyini görməyəcəksiniz",-deyə vurğulayıb.

YARIQ İLK 2005-ci ildə baş verib

Efiopiya çatı ilk dəfə 2005-ci ildə indi Şərqi Afrika Rift Vadisi kimi tanınan səhrada yaranıb.

Seçilən
14
aznews.az

1Mənbələr