AZ

Ağstafada kəndin bir hissəsinin 20 ilə yaxindir ki, qaz problemi həll olunmur VİDEO

Küçənin yarısına kimi qaz xətti çəkilib… Geridə qalanlar isə mavi yanacaqdan yararlana bilmirlər...

Xezerxeber.az-ın xəbərinə görə, Ağstafa rayonunun Köçəsgər kəndinin  bir hissəsinin sakinləri deyirlər ki, kənddə mavi yanacaq olmasına baxmayaraq onların yaşadıqları əraziyə qaz verilmir.

Sakinlər qışda sobalarını qızdırmaq üçün odun, meyvə ağacları və köhnə  avtomobil şinlərindən istifadə etdiklərini bildirirlər. Vətəndaşlar onu da deyiblər ki, əsas qazpaylayıcılaran biri  məhz elə Köçəsgər kəndində yerləşir.

"Azəriqaz" İstehsalat Birliyindən məsələyə münasibət bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
20
xezerxeber.az

1Mənbələr