AZ

Putinlə Tramp arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin və Amerika Prezidenti Donald Tramp danışıqlar aparıblar. 

Marja xəbər verir ki, iki ölkə liderləri arasında telefon danışığı barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə məlumat verib.

Bu, Rusiya və ABŞ liderləri arasında son 3 ildə ilk söhbət olub. Rusiya prezidenti sonuncu dəfə Trampın sələfi Co Baydenlə eyni gündə - 2022-ci il fevralın 12-də danışıb.

Peskov deyib: "Bu, çox uzun telefon danışığı idi, demək olar ki, bir saat yarım davam etdi".

Tramp son həftələrdə Rusiya prezidenti ilə danışdığını dəfələrlə bəyan edib. Amerika lideri Ukraynadakı münaqişəyə böyük diqqət yetirib və onun sona çatmasına kömək etmək arzusunu bildirib.

Seçilən
18
4
marja.az

5Mənbələr