AZ

Rutte: Putin NATO-ya hücum edəcək, cavab 'dağıdıcı' olacaq

NATO-nun baş katibi Mark Rutte bildirib ki, Rusiya prezidenti Vladimir Rutin hər hansı müttəfiqə hücum edərsə, cavab “dağıdıcı” olacaq.

Rutte sabah keçiriləcək və ABŞ-nin yeni müdafiə naziri Pit Heqsetin ilk dəfə qatılacağı Müdafiə Nazirləri Toplantısı öncəsi mətbuata açıqlama verib.

Avropanın müxtəlif kəşfiyyat agentliklərinin hesabatları fonunda NATO-nun Rusiyanın mümkün hücumuna hazır olub-olmaması ilə bağlı sualı cavablandıran Rutte, Alyansın cavab vermək üçün “yaxşı mövqedə” olduğunu təsdiqləyib.

Rutte, "Putin NATO-ya hücum etsə, cavab dağıdıcı olacaq. O, uduzacaq. Ona görə də buna cəhd etməməlidir", - deyə bildirib.

Sabah keçiriləcək iclasda müdafiə xərclərinin artırılmasının gündəmdə olacağını bildirən Rutte, bəzi Avropa ölkələrinin "daha çox" xərcləməsi lazım olduğunu qeyd edib.

Rutte uzunmüddətli perspektivdə NATO-nun çəkindirmə və müdafiə qabiliyyətini gücləndirmək üçün müdafiə xərclərinin və istehsalın sürətlə artırılmasına ehtiyac olduğunu və müttəfiqlərin müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 3 faizindən çox artıracağını gözlədiyini bildirib.

Seçilən
26
5
aznews.az

6Mənbələr