AZ

“Feyenoord”da müvəqqəti baş məşqçi

Brian Priske ilə yolları ayıran “Feyenoord” rəhbərliyi onun yerinə müvəqqəti baş məşqçi təyin edib.

Komandadakı fəaliyyəti 7 ay çəkən danimarkalı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulmuşdu. Priskenin yerini Paskal Bosxart tutub. Rotterdam klubunun sabiq oyunçusu baş məşqçi vəzifəsini müvəqqəti icra edəcək.

Bosxart yeni vəzifədə Çempionlar Liqasının pley-off mərhələsinin “Milan” ilə ilk oyununda debüt edəcək.

Seçilən
10
football-plus.az

1Mənbələr