"Barselona"nın hücumçusu Robert Levandovski yeməklərdən, xüsusən də yumurtaların hazırlanma üsulundan şikayətləndikdən sonra klubun aşpazını dəyişdirməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, polşalı forvard bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Bu, tamamilə cəfəngiyyatdır. Əgər belə on xəbər əldə etsəm, səkkizinin cəfəngiyyat, ikisinin doğru olduğunu deyəcəyəm. Barselonada oyunçu olmağın üstünlükləri və mənfi cəhətləri var. Mən müxtəlif ölkələrdəki jurnalist mədəniyyətinə diqqət çəkmək istərdim.Mən bütün medianı demirəm, amma İspaniyada elələri var ki, jurnalist nəyisə eşidib dərhal yazır. Soyunub-geyinmə otağında məndən soruşdular: “Yumurtaya görə aşpazı işdən çıxarırsan?” Həmin yazını mənə göstərdilər. Çox güldüm.Polşada isə məlumat yoxlanılmadan yenidən çap olunur".