Koda Asano adlı Yapon cocker spaniel (ov itlərinin cinsinə aid edilir-A.B.) Ginnesin Rekordlar Kitabında skeytbord itləri arasında yeni dünya rekordu qoyub.
SİA-nın məlumatına görə, yeni rekordçu ayaqları geniş açılmış vəziyyətdə dayanan 40 nəfərin yaratdığı tuneldən konki sürüb. Beləliklə, Koda 2017-ci ilin sentyabrında 33 nəfərdən ibarət cərgədən keçən digər yapon iti Dai Chun rekordunu qırıb.Xatırladaq ki, Ginnesin Rekordlar Kitabına düşən ilk skeytbord iti bulldoq Otto olub.Belə ki, 2015-ci ildə o, 30 nəfərlik cərgədə “board” sürüb.
Ginnesin Rekordlar Kitabına düşən cocker spanielinin sahibi Satomi Asano it məktəbi işlədir və ev heyvanını aktiv saxlamaq üçün onu skeytbordla məşğul olmağa təşviq edib.
2024-cü ilin avqustunda Kodanın San-Fransisko ərazisində keçirilən it sörfinq yarışında iştirak etdiyi məlumdur.
Nazlı Almuradova