AZ

Minifutbol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk oyunları keçirilib

Minifutbol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

"Report" xəbər verir ki, eyni gündə baş tutan matçlarda ilk olaraq "Zirə" "Aznur" kollektivinə 2:0 hesabı ilə qalib gəlib.

Ardınca isə "Birbaşa" "Qalaksi" komandasını 2:1 hesabı ilə üstələyib. Hər iki qarşılaşma Bakı Tennis Akademiyasında reallaşıb.

Tərəflər arasında cavab matçları 1 həftə sonra baş tutacaq.

Seçilən
2
3
report.az

4Mənbələr