"Qarabağ” Misli premyer-liqasının 12-ci turunun “Səbail”lə görüşündə 18 dəqiqəyə 5 qol vurub
"Football-plus.az" xəbər verir ki,Ağdam klubu76-cı dəqiqədə hesabı açıb və 90+3-cü dəqiqədə 5-ci dəfə fərqlənib.
Bu, ölkə çempionatlarında 21-ci əsrin ikinci göstəricisidi. 5 qolu ən qısa müddətdə vuran komanda isə “Rəvan” olub.
2012/13 mövsümündə fərqlənən paytaxt klubu 2013-cü il martın 30-da “Turan”ın qapısına 14 dəqiqəyə 5 qol vurub. 6:2 hesablı səfər qələbəsi qazanan “Rəvan” 60-73-cü dəqiqələrdə buna imza atıb. Həmin matçda Mindauqas Kalonas 60-cı, Xuan Manuel Varea 61, 68 və 72-ci, Miloş Adamoviç 73-cü dəqiqədə qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta