AZ

Ermənistan hərbçiləri Aİ-nin nümayəndələri vasitəsilə mövqelərimizi təsbit etməklə məşğuldur (VİDEO)

Bakı. Trend:

Fevralın 12-si günorta saatlarında Laçın rayonunun Malıbəyyaşayış məntəqəsi ilə üzbəüz yerləşən Gorus rayonunun Xanazaxistiqamətindəki Ermənistan silahlı qüvvələrinin mövqelərinə 1 ədədUAZ-Patriot və 2 ədəd Land-Cruiser-LX markalı nəqliyyat vasitəsigəlib.

Trend xəbər verirki, avtomobillərdən enən 3 nəfərin ərazinin müşahidəsi vəbölmələrimiz istiqamətində foto-video çəkilişlər apardığı texnikimüşahidə vasitələri tərəfindən qeydə alınıb.

Ermənistan tərəfi bu cür "monitorinqlərlə" bölmələrimizindislokasiya yerləri və döyüş mövqelərimizin yerləşməsi barədəkəşfiyyat məlumatlarını toplamağa çalışır.

Qarşı tərəf Avropa İttifaqının monitorinq missiyasınınnümayəndələrindən istifadə etməklə törətdiyi insidentlərləOrdumuzun şəxsi heyətini provokasiyalara təhrik edir.

Seçilən
4
8
az.trend.az

9Mənbələr