AZ

Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb

Avropa İttifaqının “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb.

Ölkə.az “Report”a istinadən xəbər verir ki, fevralın 12-i saat 10:09-da Ermənistanın Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə 2 ədədinin üzərində Avropa İttifaqının və 1 ədədinin üzərində Beynəlxalq Qızıl Xaç Komitəsinin bayrağının olduğu 3 ədəd cip və Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd UAZ-Patriot markalı avtomobilin gəlməsi, 2-i hərbçi və 4-ü mülki şəxs olmaqla ümumilikdə 6 nəfər şəxsin ərazidə müşahidə aparması, digər döyüş mövqeyinə hərəkət edərək mövqelərimiz istiqamətində foto və videoçəkiliş etməsi tərəfimizdən qeydə alınıb.

Missiya nümayəndələri saat 11:54-də ərazini tərk edərək geri qayıdıblar.

Avropa İttifaqı (Aİ) və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib.

Seçilən
3
33
olke.az

10Mənbələr