Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci hissəsi Sumqayıtdan yola salınıb.
Qeyd edək ki, Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd edilən avadanlıqlar müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.
Xezerxeber.az-ın xəbərinə görə, Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov isə bildirib ki, sərəncam çərçivəsində göndərilən yardımlar bununla yekunlaşır.
Prezident İlham Əliyevin sərəncamı ilə Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardımın göstərilməsi məqsədilə 1 milyon ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.