Ötən il Azərbaycan Gürcüstandan ən bahalı minik avtomobilləri idxal edən ikinci ölkə olub.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın “BusinessPressNews” nəşri yazıb.
Ötən il qonşu ölkədən Azərbaycana ixrac olunmuş avtomobillərin orta qiyməti 22,6 min ABŞ dolları təşkil edib.
Siyahıda birinci yerdə Qırğızıstandır. Bu ölkəyə göndərilən avtomobillərin orta qiyməti 34,6 min ABŞ dollarına bərabər olub.
İlk beşlikdə daha sonra Ermənistan (19,9 min ABŞ dolları), Tacikistan (16,2 min ABŞ dolları) və Qazaxıstan (15,3 min ABŞ dolları) yer alıb.