AZ

Zelenski açıqladı: Trampla nələri müzakirə ediblər?

Ukrayna sülhü hamıdan çox istəyir.

Publika.az xəbər verir ki, bunu Ukrayna lideri Vladimir Zelenski özünün "Telegram" kanalında ABŞ prezidenti Donald Trampla söhbətindən sonra açıqlayıb.

"Birlikdə nələr edə biləcəyimizlə maraqlandığına görə təşəkkür edirəm", - deyə Zelenski Trampa minnətdarlığını bildirib.

Ukrayna lideri, həmçinin bildirib ki, onlar ABŞ-ın maliyyə naziri Skott Bessentin Kiyevə səfərini və Ukrayna ilə ABŞ arasında kritik minerallar üzrə sazişi müzakirə ediblər.

Bundan əlavə, Zelenski Trampın Putinlə baş tutan söhbətinin təfərrüatları barədə ona məlumat verdiyini də qeyd edib.

Seçilən
14
1
publika.az

2Mənbələr