“Fənərbağça” klubu heyətini gücləndirmək üçün dünya səviyyəli futbolçularla maraqlanmağa davam edir.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi qış transfer dönəminin son saatlarında braziliyalı hücumçu Roberto Firminonu icarəyə götürmək üçün ciddi addımlar atıb.
Səudiyyə Ərəbistanının “Al-Ahli” klubunda çıxış edən Firminonun da bu keçidə isti yanaşdığı və “Fənərbağça”da oynamaq fikrinə müsbət baxdığı bildirilib. Məlumata görə, İstanbul klubu onu mövsümün sonuna qədər icarəyə götürmək istəyib və bu məqsədlə “Al-Ahli” ilə danışıqlara başlayıb. Lakin son anda bu transfer baş tutmayıb.
Qeyd edək ki, Firmino ötən yay “Liverpul”dan ayrılaraq Səudiyyə Ərəbistanına yollanıb, lakin “Al-Ahli”də gözlənilən performansı göstərə bilməyib. Buna görə də onun yenidən Avropaya qayıtmaq istədiyi bildirilir.