Bu gün ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Putinlə telefonda uzunn çəkən müzakirə aparıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, danışıqlardan sonra açıqlama verən Donald Tramp Rusiya prezidenti Putinlə Ukraynada müharibəyə son qoymaq üçün fikir mübadiləsi apardıqlarını açıqlayıb.
O, Putinlə uzun və məhsuldar telefon danışığı keçirdiyini və bunun hər iki ölkəyə fayda verəcəyini bildirib: "Birincisi, biz Rusiya-Ukrayna müharibəsində milyonlarla insanın ölümünü dayandırmaq istəyirik. Biz hər ikimiz bu məsələdə razılaşdıq. Biz çox yaxından işləmək, o cümlədən bir-birimizi ziyarət etmək barədə də razılığa gəldik. Biz həmçinin razılaşdıq ki, komandalarımız müharibənin dayandırılması üçün dərhal danışıqlara başlasın. Növbəti dəfə biz Ukrayna prezidenti Zelenskiyə zəng edəcəyik".
Tramp əlavə edib ki, növbəti müzakirəyə dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliff, milli təhlükəsizlik müşaviri Mayk Uols və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoff də qartılacaq: "Putinə anlayyışlı davrandığı üçün təşəkkür edirəm. Yenə deyirəm, mən Prezident olsaydım, bu savaş olmayacaqdı".
Kremlin sözçüsü Dmitri Peskov Putin və Tramp arasında bu gün baş tutan telefon danışığı ilə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlama verib: "İki lider əsasən əsir mübadiləsi mövzusunu müzakirə etdi. Tramp Amerika tərəfinin əldə edilən bütün razılaşmaları həyata keçirəcəyinə zəmanət verdi”.
Peskov deyib ki, Putin ABŞ rəsmilərini Rusiyada qəbul etməyə hazırdır: "Putin Trampı Moskvaya dəvət etdi...".
O, telefon danışığında iki liderin Yaxın Şərqdəki hadisələri də müzakirə etdiyini qeyd edib: "İranın nüvə proqramı və Rusiya ilə ABŞ arasındakı iqtisadi əlaqələr də müzakirə edildi. Təxminən 1,5 saat davam edən uzun bir telefon danışığı oldu...".