AZ

Pentaqon rəhbəri Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmasını mümkünsüz adlandırıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmaq cəhdləri real olmayan bir məsələdir".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Brüsseldə Ukraynaya silah tədarükünü əlaqələndirən Qərb təmas qrupunun iclasında bildirib.
"Biz də sizin kimi suveren və firavan Ukrayna istəyirik. Lakin buna, Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmağın qeyri-real məsələ olduğunu dərk etməklə başlamalıyıq", - ABŞ hərbi departamentinin rəhbəri vurğulayıb.
O, əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp birgə səylərlə sülhə nail olmağa ümid edir.
Bundan əlavə, ABŞ hökuməti böhranın nizamlanması nəticəsində Ukraynanın NATO-ya daxil olmasını qeyri-real hesab edir.
Seçilən
5
oxu.az

1Mənbələr