AZ

Ərdoğan İndoneziyada “Mehter” marşını OXUDU - ANBAAN VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Asiya-Sakit Okean səfəri çərçivəsində İndoneziyada onun üçün verilən şam yeməyində Mehter marşını ifa edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı video görüntülər ölkə mətbuatında yayılıb.
 

Belə ki, İndoneziyada prezident Ərdoğanın şərəfinə şam yeməyi verilib. Nümayəndə heyətlərinin qatıldığı şam yeməyində iki ölkənin simvolik musiqiləri dinlənilib. Mərasimdə Mehter marşı çalınarkən prezident Ərdoğan marşı ifa edib.


Qeyd edək ki, Ərdoğan və həmkarı İndoneziya Prezidenti Prabovo Subianto ilə bir sıra görüşlər keçirib, iki ölkə arasında 13 müqavilə imzalanıb.


Bizim.Media

Seçilən
12
bizim.media

1Mənbələr