Məşhur italyan futbol hakimi Pyerluici Kollina futbolda müasir elektron sistemlərin tətbiqindən söhbət açıb.
Arena.az “La Repubblica” nəşrinə istinadən, Kollinanın bu barədə fikrini təqdim edir:
“Texnologiyalar çox vacibdir, dəqiqlik – böyük bir üstünlükdür. Həmişə deyil, əlbəttə, iki santimetr nəyisə həll edir, bir sıra mühüm rol oynayır, amma bu, cərimə meydançasında da vacibdir. Texnologiyalar qərarların verilməsində əminliyi təmin edə bilər”, deyə keçmiş hakim fikrini əsaslandırıb.
Xatırladaq ki, Pyerluici Kollina öz dövründə dünyanın ən məşhur və aparıcı hakimlərindən biri olub. Hələ 20 il əvvəl müasir texnologiyaların ibtidai halda olduğu vaxt Kollina gələcəkdə, inkişaf edəcək bu texnologiyaların futbolda tətbiqi mövsusunda fikirləri ilə qabaqcıl idi.
Kollinanın futbol hakimliyin zirvəsi 2002-ci il dünya çempionatının Braziliya və Almaniya milli yığma komandaları arasında keçirilmiş final oyunudur (2:0).