Səudiyyə Ərəbistanı komandalarından “Əl-Hilal”a rəhbərlik edən Jorje Jezuş yerli mətbuata bir sıra açıqlamalar verib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis Neymarın yerinə Məhəmməd Salahı görmək istədiyini bildirib:
“Salahı “Əl-Hilal”da görmək istəyərəm. Komandamıza uyğun bir oyun stilinə sahibdi. Amma Salah kimi futbolçular qış transfer pəncərəsində heç bir kluba transfer olunmur. Onun kimi oyunçuları yalnız mövsümün sonu gətirmək mümkündü”.
Salahın müqaviləsi nə vaxt başa çatır?
Qeyd edək ki, “Əl-Hilal” misirli forvardı Neymarın əvəzləyicisi olaraq görür. 32 yaşlı hücumçunun hazırkı komandası “Liverpul”la müqaviləsi bu mövsüm başa çatır.
"Neftçi"nin yeni transferi ilk məşqinə çıxdı
UEFA Azərbaycan klublarına maliyyə yardımı etdi
Riçard Almeydadan Qurban Qurbanova: "Sən mənim ikinci atamsan"
Millimiz qələbə qazandı
Millimizin heyətində dəyişiklik edilib