AZ

Azərbaycanla sərhəddə sülənənlər- Aİ müşahidəçiləri ordumuzu təxribata çəkmək istəyir

Avropa İttifaqının (Aİ) “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb.

Fevralın 12-i saat 10:09-da Ermənistanın Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə 2 ədədinin üzərində Avropa İttifaqının və 1 ədədinin üzərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bayrağının olduğu 3 ədəd yolsuzluq avtomobili və Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd "UAZ Patriot" markalı avtomobilin gəlməsi, 2-i hərbçi və 4-ü mülki şəxs olmaqla ümumilikdə 6 nəfər şəxsin ərazidə müşahidə aparması, digər döyüş mövqeyinə hərəkət edərək Azərbaycan mövqeləri istiqamətində foto və videoçəkiliş etməsi Azərbaycan tərəfindən qeydə alınıb.

Missiya nümayəndələri saat 11:54-də ərazini tərk edərək geri qayıdıblar.

Aİ və BQXK-nın nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib.

Bundan başqa fevralın 12-si günorta saatlarında Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi ilə üzbəüz yerləşən Gorus rayonunun Xənəzək kəndi istiqamətindəki Ermənistan silahlı qüvvələrinin mövqelərinə 1 ədəd UAZ-Patriot və 2 ədəd Land-Cruiser-LX markalı nəqliyyat vasitəsi gəlib.

Avtomobillərdən enən 3 nəfərin ərazinin müşahidəsi və bölmələrimiz istiqamətində foto-video çəkilişlər apardığı texniki müşahidə vasitələri tərəfindən qeydə alınıb.

Seçilən
8
35
aznews.az

10Mənbələr