Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycanla dəmir yolu əlaqəsinin bərpası ilə bağlı danışıqlara başlandığını elan edib.
O qeyd edib ki, bu, iki dövlət üçün çox mühüm və qarşılıqlı faydalıdır. Bununla belə, hökumət başçısı sərnişinlərə xidmətin bərpasının vaxtını açıqlamayıb.
Kobaxidze Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının təyin edilməsinə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
//Samir Qurbanov, Editor.az