1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla danışıb.
Oxu.Az xəbər verir ki, bu barədə RBC-Ukrayna ölkə prezidentinin müşaviri Dmitri Litvinin bəyanatına istinadən xəbər verir.
Litvin bildirib ki, Ukrayna və ABŞ liderləri bir saata yaxın danışıblar.
Tramp Putinlə söhbəti barədə Zelenskini məlumatlandırıb.
Daha sonra Ukrayna prezidenti ABŞ dövlət başçısı danışıqlarının detallarını "X-də paylaşıb.
"ABŞ prezidenti ilə məzmunlu bir söhbət etdim. Biz sülh əldə etmək imkanları haqqında danışdıq, komanda səviyyəsində birlikdə işləməyə hazırlığımızı və Ukraynanın texnoloji imkanlarını, o cümlədən pilotsuz uçuş aparatları və digər qabaqcıl sahələri müzakirə etdik. Prezident Trampa birlikdə işləməyə olan marağı üçün minnətdaram," - deyə Zelenski yazıb.
Zelenski, həmçinin Vaşinqton administrasiyasının rəhbəri ilə təhlükəsizlik, iqtisadi əməkdaşlıq və resurs tərəfdaşlığı ilə bağlı yeni bir sənəd müzakirə etdiyini bildirib.
"Prezident Tramp Putin ilə söhbətinin detallarını bölüşdü. Heç kim Ukraynadan daha çox sülh istəmir. ABŞ ilə birlikdə Rusiyanın təcavüzünü dayandırmaq və möhkəm, etibarlı sülh təmin etmək üçün növbəti addımlarımızı planlaşdırırıq. Biz bundan sonra da əlaqə saxlayacağımız və qarşıdan gələn görüşləri planlaşdıracağımız barədə razılığa gəldik," - Ukrayna prezidenti vurğulayıb.