AZ

Erməni general evində ölü tapıldı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin general-mayoru Tiqran Barseqyan dünyasını dəyişib.

Bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Barseqyanın meyiti ölümündən üç gün sonra evində aşkar edilib.

Qeyd edək ki, Barseqyan bundan əvvəl Milli Təhlükəsizlik Xidmətinin konstitusiya quruluşunun qorunması, ictimai asayişin qorunması və terrorizmlə mübarizə departamentinin rəhbəri vəzifəsində çalışıb.

Mənbə: unikal.az

Seçilən
47
7
unikal.az

10Mənbələr