AZ

Azərbaycan "Böyük Dəbilqə" turnirində 33 cüdoçu ilə təmsil olunacaq

Ölkəmiz Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirinə 33 cüdoçu ilə qatılacaq.

"Football-plus.az" xəbər verir ki, yarışda 12 çəki dərəcəsində 24 kişi və 9 qadın idmançımız mübarzə aparacaq.

Üç gün davam edəcək turnirdə ümumilikdə 38 ölkədən 270 cüdoçu medal qazanmağa çalışacaq.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq. Beynəlxalq Cüdo Federasiyasının qərarına əsasən, “Dünya Cüdo Turu” seriyasına daxil olan "Böyük Dəbilqə" turniri fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək.

Seçilən
25
6
football-plus.az

5Mənbələr