AZ

Ağdam, Füzuli və Xocavənddə çalışmaq üçün işçi axtarılır - MAAŞ 1930 MANAT - VAKANSİYA

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Texniki ofis mühəndisi vəzifəsi üzrə vakansiya elan edir:

Son tarix 12 mar 2025 - [email protected]

Əmək haqqı: 1930 azn (vergi və digər xərclər çıxılmaqla), il ərzində mükafatlar;

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Müvafiq sahə üzrə ali təhsil (inşaat mühəndisliyi);
  • Minimum 3 il aidiyyəti üzrə iş təcrübəsi;
  • Layihələrin idarə olunmasında təcrübə (tikinti sektorunda) üstünlükdür;
  • Güclü analitik düşüncə və problem həll etmə bacarıqları;
  • Komanda ilə effektiv işləmə və ünsiyyət bacarıqları;
  • Komputer bilikləri: MS Office, MS Project,  AutoCAD / Civil 3D.

Əsas vəzifələr:

  • Layihə sənədlərinin hazırlanması və koordinasiyasını aparmaq;
  • Layihə sənədləri əsasında işin faktiki həcmini müəyyən etmək;
  • Texniki təsvirlər, texniki sənədlərin hazırlanması və yoxlanılmasını təmin etmək;
  • Layihə prosesində texniki və maliyyə nəzarəti, hesabatların hazırlanmasını təmin etmək;
  • Layihənin icrası zamanı lazımi texniki dəstək və təlimatları vermək;
  • Texniki və dizayn sənədlərini arxivləşdirmək və idarə etmək;
  • Digər struktur bölmə və podratçılar ilə əlaqəli işin koordinasiya etmək və icrasını izləmək;
  • Əsas tərəfdaşlarla texniki məsələlərin müzakirəsi və problemlərin həlli üçün işgüzar əlaqələri qurmaq.

Müraciət qaydası: Tələblərə cavab verən şəxslər CV-ni mövzu hissəsində “Texniki ofis mühəndisi” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru. Xahiş olunur müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz

Seçilən
7
fed.az

1Mənbələr