Liviyada hökumət nazirinə sui-qəsd olub. Hökumətin açıqlamasında bildirilir ki, silahlı şəxslər paytaxt Tripolidə Nazirlər Kabineti İşləri üzrə Dövlət Naziri Adel Cumanın avtomobilinə atəş açıblar.
Avtomobilin magistral yolda hərəkətdə olarkən birbaşa atəş açıldığı və hücum zamanı Cumanın yaralandığı və bildirilib.
Milli Razılıq Hökuməti (UMH) verdiyi açıqlamada hücumu şiddətlə pisləyərək, Cumanin səhhətinin stabil olduğunu və təhlükəsizlik orqanlarının hadisənin üzə çıxarılması və cinayətkarların tutulması üçün araşdırmalara başladığını bildirib.
***
Liviyanın Baş naziri Əbdülhəmid Dibeybenin rəhbərlik etdiyi Liviya Milli Razılıq Hökuməti 2021-ci ildə Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi proseslə yaradılıb.
2011-ci ildə öldürülən devrilmiş lider Müəmmər Qəddafinin rejimindən sonra ölkə müxtəlif münaqişələrə səhnə olub.