AZ

Azərbaycanlı hakimlərə Antalyada fərqləniblər - FOTO

Antalyada keçirilən 12-ci Türkiyə Açıq beynəlxalq turnirində yarışın hakimlərinə xatirə hədiyyələri təqdim olunub.

İdman.biz xəbər verir ki, onlar arasında azərbaycanlı hakimlərdə yer alıb.

Hədiyyələr Türkiyə Taekvondo Federasiyasının prezidenti Bahri Tanrıqulu tərəfindən verilib. O və qurumun texniki nümayəndəsi İnseon Kim ədalət təmsilçilərinə yarışa verdikləri töhfəyə görə təşəkkür ediblər.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlərimiz Gündüz Abdullayev, Aygül Abdullayeva, Ramal Camalov və Etibar İbrahimov yarışda ədaləti qoruyublar.

İdman.biz

Seçilən
18
idman.biz

1Mənbələr