AZ

İnfarkt keçirən hakimi futbolçular xilas etdilər

İspaniyanın altıncı divizionunun oyunlarından birində qeyri-adi vəziyyət yaranıb.

Publika.az xəbbər verir ki, fevralın 9-da Madriddə “Aquilyas” – “Alsola” oyununda xoşagəlməz baş verib. Matçın hakimi infarkt keçirsə də, futbolçular onu xilas etməyə kömək ediblər. Bu barədə “El Confidencial” məlumat yayıb.

Oyunun ortalarında görüşü idarə edən 29 yaşlı hakimin ürəyi dayanıb və yerə yıxılıb.

Məhz bu zaman bir neçə futbolçu onun köməyinə qaçıb. Bələdiyyə Fövqəladə Xilasetmə Xidməti avtomatik xarici defibrillyatorla müdaxilə edənə qədər ürək masajı həyata keçirib.

Seçilən
16
publika.az

1Mənbələr